Bu il Azərbaycanda 12 mindən çox yeraltı təkan qeydə alınıbbackend

Bu il Azərbaycanda 12 mindən çox yeraltı təkan qeydə alınıb

Bu il ərzində 12 875 yeraltı təkan qeydə alınıb ki, onlardan 5 519-u yerli, 4 246-ı regional, 3 110-u uzaq zəlzələlərdir.

KONKRET.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, bununla yanaşı, 1729 yeraltı partlayış qeydə alınıb:

“İl ərzində Azərbaycan ərzisində maqnitudası 3-dən böyük olan 55 zəlzələ qeydə alınıb. Hesabat gününə qədər Azərbaycan və ona bitişik ərazilərdə 15 hiss olunan zəlzələ qeydə alınıb. Bu il hesabat gününə qədər Azərbaycan ərazisində maqnitudası 5-dən böyük olan 3 zəlzələ baş verib. Bu zəlzələlərdən ən güclüsü Lənkəran rayonunda qeydə alınıb. Lənkəranda qeydə alınan zəlzələnin maqnitudası 5,3 olub”.

Q.Yetirmişdi əlavə edib ki, bu il ərzində Talış zonası, Şamaxı-İsmayıllı, Şirvan ərazisi, Quba – Qusar zonası, Kiçik Qafqaz və Kür ovalığı, Balakən-Gürcüstan, Xəzərin cənub hissəsi yüksək seysmikliklə səciyyələnib:

“Gürcüstan, Gürcüstan-Ermənistan, İran ərazilərində seysmiklik yüksək müşahidə olunub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*