backend

Bu il Bakıda 4 Dünya Kuboku, 1 dünya və Avropa çempionatı keçiriləcək

2021-ci ildə Azərbaycanda bir neçə beynəlxalq yarışın keçirilməsi təsdiqlənib.

KONKRET.az xəbər verir ki oxu.az bu il Bakıda hansı yarışların keçiriləcəyini araşdırıb. Siyahıda bu il müxtəlif idman növləri üzrə dörd Dünya Kuboku, bir dünya çempionatı və bir Avropa çempionatının (AVRO-2020-nin dörd oyunu) keçiriləcəyini görə bilərik:

İdman gimnastikası (yalnız alətlərdə) üzrə Dünya Kuboku/AGF Junior Trophy – 4-7 mart

Karate üzrə Premyer Liqa turniri – 12-14 mart

Bədii gimnastika üzrə Dünya Kuboku – 7-9 may

Aerobika gimnastikası üzrə dünya yaş qrupu yarışları – 21-23 may

Aerobika gimnastikası üzrə dünya çempionatı – 27-29 may

“Formula-1” üzrə dünya çempionatının Azərbaycan Qran-Prisi – 6 iyun

Futbol üzrə Avropa çempionatının dörd matçı – 12, 16, 20 iyun və 3 iyul

Güllə (tüfəng və tapança) və stend atıcılığı üzrə Dünya Kuboku – 21 iyun – 2 iyul

Güllə və stend atıcılığı üzrə Çempionlar Kuboku (Dünya Kubokunun final mərhələsi) – 18-24 oktyabr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*