Bu il dövlət universitetlərindən neçə tələbə xaric edilib? – RƏSMİbackend

Bu il dövlət universitetlərindən neçə tələbə xaric edilib? - RƏSMİ

2023-2024-cü tədris ilində Azərbaycanda ali təhsil müəssisələrindən xaric erdilən tələbələrin sayı məlum olub.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-ın sorğusuna Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən cavab olaraq bildirilib ki, bu il dövlət ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində xaric olunan tələbələrin sayı 582-dir.

Onlar akademik borca, təhsil haqqının ödənilməməsinə, öz xahişi ilə və sair səbəblərdən ali təhsil ocaqlarından xaric olunub.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda ümumilikdə 8631 nəfər ali və orta təhsil səviyyəsində təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*