Bu ilin əvvəlindən Azərbaycanda investisiya dəyəri 400,4 milyon manat olan 774 investisiya layihəsinin maliyyələşdirilməsinə 101,4 milyon manat güzəştli kredit verilib.
Konkret.az “Report” – a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılması 3 400-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
Güzəştli kreditlərin 96,3%-i kiçik və orta həcmli kreditlər olmaqla, kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsinə yönəldilib.