Bu il TANAP vasitəsilə 55 milyard kubmetr qaz nəql olunubbackend

Bu il TANAP vasitəsilə 55 milyard kubmetr qaz nəql olunub

Türkiyə ərazisindən keçərək Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz kondensat yatağından çıxarılan qazı Türkiyə və Avropa istehlakçılarına çatdıran Trans-Anadolu Qaz Boru Kəmərinə (TANAP) ümumilikdə cari il noyabrın sonunadək təqribən 55 milyard kubmetr həcmində qaz ötürülüb.

KONKRET. az xəbər verir ki, Energetika Nazirliyindən bildirilib ki, artıq  2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan 1850 kilometrlik TANAP Türkiyə ərazisindən keçərək Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz kondensat yatağından çıxarılan qazı Türkiyə və Avropa istehlakçılarına çatdırır. Maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*