“Nəzirin yerinə yetirilmə vaxtı onun deyilmə formasından asılı olaraq dəyişir. Dini qaydalara əsasən, əgər şəxs qurbanı məhz Qurban bayramında kəsəcəyini nəzir deyibsə, bunu həmin vaxtda həyata keçirməlidir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında İlahiyyatçı Fazil Əhməd səsləndirib:
“Əgər nəzir zamanı xüsusi bir tarix və ya bayram qeyd edilməyibsə, məsələn, “övladım universitetə qəbul olunsa, qurban kəsəcəm” kimi bir ifadə işlədilibsə, bu halda hadisə baş verdikdən sonra qurbanın tez kəsilməsi məsləhətdir. Əks halda, nəzirin yerinə yetirilməsi gecikdirilmiş sayılır ki, bu da dini baxımdan münasib hesab olunmur”.
İlahiyyatçı qeyd edib ki, nəzir insanın Allaha verdiyi bir vəddir və onun yerinə yetirilməsi dini məsuliyyət daşıyır.
Aynurə İsmayıl
KONKRET.az