Bu işçilərə maaşdan əlavə pul veriləcək – DƏYİŞİKLİKbackend

Bu işçilərə maaşdan əlavə pul veriləcək - DƏYİŞİKLİK

Milli Məclisin bu gün keçirilən iclasında “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

KONKRET.az-ın məlumatına görə, qanuna əlavə olunması təklif edilən yeni hissəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

  • Hesenova heqiqet Elesger qizi.
    İyun 29, 2020 - 15:58

    Size qurban bes tibb işcilerin mart ayinda elave artim pulu hara getdi?niye verilmedi.Tebibe yazdim cavab yoxdu.Tebib yatib??niye pulumi yedi

Hesenova heqiqet Elesger qizi. üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*