“Bu işi təsvir etmək belə mənasızdır” – Paşinyan Bakıda həbsdə olan separatçılardan DANIŞDIbackend

"Bu işi təsvir etmək belə mənasızdır" - Paşinyan Bakıda həbsdə olan separatçılardan DANIŞDI

Hökumət Azərbaycanda saxlanılan erməni əsirlərin və digər şəxslərin geri qaytarılmasını təmin etmək üçün hər gün çalışır.

KONKRET.az -ın Armenpress-ə istinadən məlumatına görə, bunu baş nazir Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında Azərbaycanda saxlanılan Qarabağ separatçılarının “liderlərinin” Ermənistana və ya üçüncü ölkəyə təhvil verilməsi üçün hansı addımların atıldığı haqda sualına cavab verərkən deyib.

“Azərbaycanda saxlanılan məhbusların, girovların və digər şəxslərin qaytarılması istiqamətində gündəlik iş aparılır. Başa düşürəm ki, nəticə əldə olunmayana qədər bu gündəlik işi təsvir etmək hətta mənasızdır”, – deyən Paşinyan yekun nəticə əldə olunmayana qədər bu məsələni müzakirə etməyə ehtiyac olmadığını qeyd edib.Bakupost.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*