Bu kəndin sakinləri boğaza yığılıb – Problem hələ də öz həllini tapmır – VİDEObackend

Bu kəndin sakinləri boğaza yığılıb - Problem hələ də öz həllini tapmır - VİDEO

Xaçmaz rayon Yergüc kənd sakinləri içməli və suvarma su problemindən əziyyət çəkir. 2 il əvvəl sakinlərin aiddiyatı dövlət qurumlarına müraciətindən sonra problem qismən həllini tapıb. Belə ki, dövlət vəsaiti hesabına 1500 m dərinlikdə artezian quyusu qazılıb. Elə əsas problem də bundan sonra başlayıb.

Dövlət vəsaiti hesabına başa gələn layihə əlverişli biznes sahəsinə çevrilib. Mənzil və təsərrüfat sahiblərindən içməli sudan istifadə etmək üçün 100 manat tələb olunur. Həmçinin quyudan kənd ərazisinə ana xətlər də çəkilməyib. Su xəttinin mənzil və təsərrüfat ərazisinə qədər çəkilməsi də istifadəçinin hesabına həyata keçirilir.

Qeyd edək ki, Yergüc Xaçmaz rayonunn ən böyük təsərrüfat sahəsinə malik olan rayonlarından biridir.

Hazırladı: Günel MÜSEYİB, Cəlal FƏRZƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*