Bu kəndin sakinləri qazsız qalıb, təzək yandırır — VİDEObackend

Bu kəndin sakinləri qazsız qalıb, təzək yandırır — VİDEO 

Neftçala rayonu, Qaraqaşlı kəndinin sakinləri uzun illərdir mavi yanacağa çıxışın olmamasından şikayətlənirlər.

KONKRET.az xəbər verir ki, sakinlərin sözlərinə görə, evlərin yaxınlığına xətt çəkilsə də, hələ də heç bir evə qaz verilməyib.

“Elə bil ki, 17-ci əsrdə yaşayırıq, təzəkdən istifadə edirik. İki ilə yaxındır xətlər çəkilib, amma qaz yoxdur”, – deyə sakin narazılığını ifadə edib.

Neftçala Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı aidiyyəti quruma dəfələrlə müraciət olunub.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Qaraqaşlı kəndində daşıyıcı və paylayıcı qaz xətlərinin tikintisi işlərinin 75%-i tamamlanıb. Paylayıcı xətlərin quraşdırılması işləri cari ildə yekunlaşdırılacaq.

Daha ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*