Bu kəndin sakinlərinə ölmək “qadağan olundu” – qəbiristanlıqda yer yoxdurbackend

Bu kəndin sakinlərinə ölmək "qadağan olundu" - qəbiristanlıqda yer yoxdur

İspaniyanın Qranada əyalətinin Landxaron kəndində qəribə qərar diqqət çəkib.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, “The New York Post” nəşrinin məlumatına görə, yerli sakinlərin ölməsini qadağan edən qeyri-adi qanun hələ də qüvvədə qalmaqda davam edir.

Sözügedən məhdudiyyət 1999-cu ildə yeganə kənd qəbirstanlığının dolmasından sonra tətbiq olunub. Kənddə yeni qəbiristanlıq üçün hələ də yer tapılmayıb.

Rəsmilər 4 min əhalisi olan kənd sakinlərinə sağlam həyat tərzi keçirərək ömürlərini uzatmağı tövsiyə edirlər.

Qeyd edək ki, kənd müalicəvi mineral mənbələri ilə “TikTok”da məşhurluq qazanıb.

Bəzi ekspertlər düşünür ki, qeyri-adi qadağa turistləri cəlb etmək üçün marketinq strategiyasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*