Sosial şəbəkələrdə “ikinci əl” kosmetik vasitələr satılır.
KONKRET.az-ın xezerxeber-ə istinadən məlumatına görə, qiyməti digərlərindən nisbətən baha olan dodaq boyaları, tuş, losyon, tonal kremlər bir qədər istifadə edildikdən sonra ucuz qiymətə satışa çıxarılır.
Bu məhsulların daha ucuz qiymətə təklif olunması bir çox insan üçün cəlbedici görünsə də, mütəxəssislər bu cür məhsulların istifadəsinin ciddi sağlamlıq problemlərinə yol aça biləcəyi barədə xəbərdarlıq edirlər.
Həkim Rasif Bağırov deyir ki, “ikinci əl” makiyaj vasitələri bakteriya və virusların yayılmasına səbəb ola bilər: “Nəinki “ikinci əl”, heç yaxınlarımızın kosmetik vasitələrindən belə istifadə etmək məsləhət görülmür”.
Müsahibimiz həmçinin bildirir ki, gözəllik salonlarında istifadə olunan bəzi alətlərin də təkrar istifadə edilib-edilməməsinə diqqət yetirmək lazımdır. Bundan başqa, gözəllik salonlarında əgər eyni tuş, pomada bir neçə şəxsə tətbiq edilirsə, göz infeksiyası və digər yoluxucu xəstəliklərin yayılma riski yaranır.
Daha ətraflı videomaterialı təqdim edirik.