Bu kriptovalyutanın qiyməti 45 dəfə artacaqbackend

Bu kriptovalyutanın qiyməti 45 dəfə artacaq

Kriptovalyuta bazarının ən böyük koinlərindən olan “Dogecoin” dekabrın 11-də 0,36 dollardan 0,40 dollara qədər bahalaşıb.

KONKRET.az xəbər verir ki, aparıcı analitiklər “Dogecoin”in qiymətinin qarşıdakı dövrdə 3 dollara, əlverişli bazar şəraitində isə 18 dollara qədər qalxa biləcəyini proqnozlaşdırırlar.

“Dogecoin” texniki göstəricilər üzrə güclü performans göstərir. Kriptovalyuta 50-həftəlik və 200-həftəlik hərəkətli ortalamaların üzərində trenddədir.

İlin ən yüksək səviyyəsi olan 0,4843 dollar mühüm artış nöqtəsi kimi önə çıxır.

Məşhur kriptovalyuta analitikləri “Dogecoin”in yaxın gələcəkdə qiymətinin kəskin artacağını düşünürlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*