Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 14-16 iyun 2025-ci il tarixlərində şəhərin müxtəlif ərazilərində yol təmir işləri aparılacaq.
Bu barədə KONKRET.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, təmir işləri aşağıdakı ünvanlarda aparılacaq:
Səbail rayonu – Badamdar şosesi, Binəqədi rayonu – Mehdiabad-Binəqədi-Balaxanı yolunun kəsişməsi, Nərimanov rayonu – Ziya Bünyadov prospekti Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə Çingizxan mərasim evinin yanı, yan yol, Xətai rayonu – Babək prospekti 92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı, Yasamal rayonu – Ə.Haqverdiyev küçəsi, H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək, Nizami rayonu – R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsi.
Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır.Xahiş edirik, hərəkətinizi əvvəlcədən planlayasınız və təmir işləri aparılan ərzilərdə müvəqqəti dəyişiklikləri nəzərə alasınız.