Bakının Nərimanov rayonu – Fətəli Xan Xoyski küçəsində hərəkətin təşkilində daha bir dəyişiklik edilib.
KONKRET.az-ın məlumatına görə, metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən iri ticarət mərkəzinin yanında hərəkət sistemi əsaslı şəkildə yenilənib. Zolaqların sayı artırılıb, “düşürüb-mindirmə” məntəqəsi yaradılıb. Burada istənilən nəqliyyat vasitəsi 3 dəqiqə dayana bilər.
Düşürüb-mindirmə sahəsinin yaradılması nəqliyyatın axıcılığına, yol hərəkəti təhlükəsizliyinə və sərnişinlərin rahatlığına xidmət edir.
Həmin ərazi ümumilikdə aidiyyəti qurum tərəfindən planlanıb və artıq nəticə verməyə başlayıb. Nəqliyyat vasitələri qanun pozmadan və vaxt itirmədən hərəkətini davam etdirə bilir.
Belə məntəqələrin təşkili nəqliyyat sahəsində intizamı və rahatlığı təmin edir. Bu cür yanaşmaların paytaxtın digər ərazilərində də tətbiqi heç də pis olmazdı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.