Bu lakdan istifadə qadağan edildi – Sonsuzluq yaradırbackend

Bu lakdan istifadə qadağan edildi - Sonsuzluq yaradır

Avropa Birliyi (AB) 1 sentyabrdan etibarən manikürdə istifadə edilən TPO (Trimethylbenzoyl diphenylphosphine oxide)-nun istifadəsini qadağan edib.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, qərarın səbəbi maddənin reproduktiv sağlamlığa potensial zərərli olmasıdır.

Artıq TPO tərkibli məhsulların satışına və istifadəsinə tamamilə son qoyulub. Salonlara mövcud məhsullardan imtina etmək, yeni sifarişlərdə isə TPO-suz alternativlər seçmək tövsiyə olunur.

Qadağa hələlik yalnız Avropa Birliyində qüvvədədir. ABŞ-da TPO istifadəsi sərbəstdir, Birləşmiş Krallıqda isə 2026-cı ildən qadağan ediləcək.

Qeyd edək ki, jel dırnaq son illərdə çox populyar olan, dırnaqlara xüsusi jel əsaslı lak sürtülərək UV və ya LED lampası altında bərkidilən manikür texnologiyasıdır.

Adi dırnaq lakından fərqli olaraq daha uzunömürlü və davamlıdır (2-4 həftə qalır). Asanlıqla qopmur və silinmir. Dırnaqlara parlaq və qalın görünüş verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*