Bu məhsulun qiyməti KƏSKİN ARTDI – Bahalaşmanın səbəbi məlum oldu…backend

Bu məhsulun qiyməti KƏSKİN ARTDI - Bahalaşmanın səbəbi məlum oldu...

Hazırda Novruz bayramı qabağı fındığın qiymətində kəskin bahalaşma müşahidə olunur. Ötən il kilosu 12 manata satılan fındıq hazırda təxminən 17, 18 manata təklif olunur. Lakin digər məhsulların qiymətində belə bir artım müşahidə edilmir.

Fındığın qiymətində belə bir artımın səbəbi nə olar bilər? Bayrama yaxın daha da bahalaşma ola bilər?

KONKRET.az xəbər verir ki, bu mövzu haqqında iqtisadçı-ekspert Xalid Kərimli Referans.az-a açıqlamasında danışıb.

“Əslində, bu normal bir dəyişiklikdir. Hətta biz ötən illərin təcrübəsinə nəzər salsaq, çərəz və quru meyvələrin, badam, qoz və s. ucuzdur. Onların arasında sadəcə fındığın baha olduğunu müşahidə edirik. Təbii ki, daha ucuz olmağı yaxşı olardı amma keçən illərlə müqayisədə hazırda da münasib qiymətlər bazarda hökm sürür”.

Ekspert bildirib ki, qiymətin artması həm də tələbin çox olmasından asılı olan bir faktordur. Bu normal bazar konyunkturasıdır.

“Bu məsələdə konkret fikir söyləmək çətindir. Çünki bu insanların tələbatından asılı olaraq dəyişir. Tələbat kəskin artarsa, insanlar çox alış edərsə, qiymət daha da artacaq. Hətta bu digər məhsullarda da baş verə bilər. İstənilən halda mart ayında, bayram qabağı qiymətlərin artması həm gözlənilən, həm də normal prosesdir”.

  • Vuqar
    Mart 9, 2024 - 11:58

    Rayonlarda 7manatdi fındığ gelin alin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*