Bu məktəbdə 56 mindən çox pul mənimsənilibbackend

Bu məktəbdə 56 mindən çox pul mənimsənilib

Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.

KONKRET.az Daşkəsən Rayon Prokurorluğuna istinadən xəbər verir ki, Zəylik kənd tam orta məktəbindəki qanunsuzluqlarla bağlı vətəndaş müraciəti daxil olub.

Araşdırmalar zamanı qeyd olunan təhsil müəssisəsində 2018-2023-cü illərdə əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış 56 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*