“Bu, mənim üçün də xoş deyil”backend

“Bu, mənim üçün də xoş deyil”

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk “Qarabağ”a 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 7-ci tur oyunundan sonra fikirlərini bölüşüb.

KONKRET.az xəbər verir ki, ukraynalı mütəxəssis matçdan sonra baş tutan mətbuat konfransında fanatları məmnun edə bilmədikləri üçün məyus olduqlarını bildirib:

“Təəssüf ki, azarkeşlərimizi yaxşı oyun və nəticə ilə sevindirə bilmədik. Bu, mənim üçün də xoş deyil. Amma əminəm ki, yaxşı futbol və qələbə ilə tərəfdarları sevindirəcəyik. Söz verirəm ki, bu sevinci onlara yaşadacağıq.

Yalnız bir hədəfimiz var. Qalib gəlməyəndə, adamın çoxlu sözlər deməyə dili gəlmir, indi sakit duraq. Ümid edirəm ki, futbol haqqqında danışmaq daha asan olacaq. Onu görəcəksiniz. Qarşıdakı hədəfimiz odur ki, istədiyimiz futbolu tətbiq edək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*