“Bu məsələdə ilk addımı Ermənistan atmalıdır” – AÇIQLAMAbackend

"Bu məsələdə ilk addımı Ermənistan atmalıdır" - AÇIQLAMA

“Azərbaycanla sülh müqaviləsinin nizamlanmasına töhfə verə biləcək üç əsas prinsip razılaşdırıldı”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin daimi komissiyalarının birgə iclasında 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.Onun sözlərinə görə, tərəflər bu prinsiplərə əməl etsələr, sülh sazişinin imzalanması reallaşacaq.

Mövzunu KONKRET.az-a şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov  bildirib ki,Ermənistanın baş naziri dəfələrlə bu məsləyə toxunsa da, bu istiqamətdə heç bir addım atmır:

“Paşinyan növbəti dəfə Azərbaycanla sülh sazişinin imzalanmasından danışıb. Eyni zamanda Azərbaycanla üç əsas prinsipin razılaşdırılmasıyla bağlı mövqe bildirib. Bu prinsiplərlə bağlı Ermənistanın baş nazirinin toxunduğu məsələlər var. Onlarla bağlı Azərbaycanla razılaşma əldə edildiyini dilə gətirir.

Birinci prinsip tərəflərin qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıması ilə bağlı məsələdir.

Digər prinsip Alma-Ata bəyannaməsi əsasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi ilə bağlıdır.

3-cü prinsip qarşılıqlı şəkildə nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılmasıyla bağlıdır. Bu üç prinsipin hər birinin yaranmasını özündə ehtiva edən problemin kökündə Ermənistanın atdığı addımlar dayanır.

Eyni zamanda Ermənistanın 1-ci Qarabağ müharibəsi dönəmindən Azərbaycan ərazilərinə təcavüz etməklə bu 3 prinsip yaranıb. Düşünürəm ki, Azərbaycan Ermənistandan fərqli olaraq heç bir dövlətə ərazi iddiası irəli sürməyib. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyıb. Sadəcə düşmənçilik siyasətinin əsası Ermənistanın yürütdüyü siyasət olub. Azərbaycanın bu məsələdə razılaşmaya gəlməsinə heç bir ehtiyac yoxdur. Bu məsələdə addımı Ermənistan atmalıdır. Məhz 3 prinsipdən birincisinin razılaşdırılmasıyla bağlı real addımı Ermənistan atmalıdır. Ermənistan bununla bağlı mövqe bildirirsə, deməli, Azərbaycanın şərtləri ilə razılaşır. Digər məqam isə sərhədlərin Alma-Ata bəyannaməsi əsasında delimitasiya və demarkasiya prosesidir. Əsllində bununla bağlı Ermənistan tərəfi dəfələrlə mövqe bildirib.

Ötən il Avropa Birliyinin Praqada keçirilən zirvə toplantısında Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bir çox məsələlərə aydınlıq gətirdi. Bundan sonra, Ermənistanın baş naziri çıxışlarında dəfələrlə bu məsələyə toxunsa da, heç bir addım atmayıb. Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində könüllü olaraq heç nə etmir. Hətta üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Bu da prosesin uzanmasına gətirib çıxarır.

Üçüncü prinsipə gəlincə, bu, nəqliyyat və iqtisadi kommunikasiyaların açılması ilə bağlıdır. Bu məsələ də Azərbaycanın təşəbbüsüdür. Azərbaycan 2-ci Qarabağ müharibəsindən sonra Ermənistana dəfələrlə təklif edib ki, bütün kommunikasiya xətləri açılmalıdır. Bu istiqamətdə üzərimizə düşən addımları atmışıq. Zəngəzur dəhlizi ilə bağlı tərəflər üzərilərinə öhdəlik götürüb və Azərbaycan bu istiqamətdə öz öhdəliklərinə əməl edir. Amma Ermənistan bir addım olsun belə atmayıb. Bununla da Ermənistan bu öhdəliyindən də boyun qaçırmağa çalışır”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*