Ebru Şallının həyat yoldaşı Uğur Akkuş saxlanılıb.
KONKRET.az xəbər verir ki, “AS İnvestment Holding”in sahibi Uğur Akkuş Paris-İstanbul reysini həyata keçirən təyyarədən endikdən sonra İstanbul hava limanında saxlanılıb.
Akkuşun dələduzluq şikayəti ilə bağlı nəzarətə götürüldüyü bildirilib..
Ebru Şallı sosial media hesabında mövzu ilə bağlı açıqlama verib. O, bildirib ki, yayılan xəbər doğru deyil.
“Həyat yoldaşım işi ilə bağlı ifadə verməli idi. Mediadan xahiş edirik ki, yanlış məlumat yaymasınlar”, – deyə Ebru Şallı bildirib.