Əməkdar artist Mətanət İsgəndərli yenidən plastik əməliyyat etdirməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə sənətçi “Şou MTV”yə açıqlamasında deyib:
“Yeni əməliyyat olunmuşam. 2 aydır. Haradasa 1 il fasilə verib yenidən bədənşəkilləndirmə etdirəcəyəm”.
M.İsgəndərli əməliyyatdan sonra görünüşü ilə bağlı aldığı reaksiyalardan da danışıb:
“Hamı çox bəyənir. Haraya gedirəm, deyirlər ki, “Mətənət xanım, əvvəlki kimi olmusunuz”. Axı bir ara çox kökəlmişdim”.
Qeyd edək ki, M.İsgəndərli bir neçə il əvvəl mədəkiçiltmə əməliyyatı etdirərək, xeyli çəki atmışdı.
Salam.Hamımız xarici görünüş üçün vəsait xərcləyib, gözəlləşdiririk, amna Allahın qarşısında qəlbə görə cavab verməkdən ötrü heç nə etmirik.Qəlbinizdən kin-küdürəti yox edin və qəlb təmizlənsin !!! Eləmədiyiniz üçün çox pis peşiman olacaqsınız