Bu nazir 20 ildir vəzifədədir – FOTObackend

Bu nazir 20 ildir vəzifədədir - FOTO

Azərbaycanda ən stajlı məmurlardan biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. O, 31 ildir məsul vəzifələrdə çalışır.

KONKRET.az Metbuat.az-a istinadən xəbər verir ki, Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin məzunudur.

Nazir ailəsində böyüyən Kəmaləddin Heydərov mərhum atası Fəttah Heydərov kimi parlaq karyera qurmağı bacarıb. 1995-ci ildə 34 yaşı olanda Dövlət Gömrük Komitəsinin sədri təyin olunub. Bu vəzifədə 11 il çalışıb.

Kəmaləddin Heydərov Azərbaycanda ən stajlı nazir sayılır. O, 6 fevral 2006-cı ildən fövqəladə hallar naziri vəzifəsində çalışır. General-polkovnikdir.

Kəmaləddin Heydərov yaradıcılığa xüsusi marağı ilə tanınır. O, Kamal imzası ilə sevilən mahnılar bəstələyib. Xalq artisti Aygün Kazımovanın ifa etdiyi “Səndən nigaranam” mahnısı müəllifə şöhrət qazandırıb.

Xalq artistləri Flora Kərimova, Alım Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, İlqar Muradov, Röya Ayxan, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Aygün Bəylər Kəmaləddin Heydərovun bəstələdiyi mahnıları ifa ediblər.

Fotoda: Kəmaləddin Heydərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*