Fransa məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və Suriyanın 6 keçmiş hökumət rəsmisinin həbsinə order verib.
KONKRET.az xəbər verir ki, onlar 2012-ci ildə Xüms şəhərini atəşə tutmaqda ittiham olunurlar.
Fransa hakimiyyətinin məlumatına görə, atəş nəticəsində amerikalı jurnalist Mari Kolvin və fransız fotoqraf Remi Oçlik həlak olub.