Çin bu il dünyanın ən böyük avtomobil ixracatçısı ola bilər.
KONKRET.az xəbər verir ki, bu proqnozu “Moody’s” analitikləri verir.
Qeyd olunub ki, Çin avtomobil sənayesi son bir neçə ildə sürətlə inkişaf edir.
Belə ki, 2021-ci ildə 2 milyon avtomobillə çinlilər Almaniyanı keçiblər. Keçən il xaricə 3 milyon avtomobil satan Çin Cənubi Koreyanı sıxışdıraraq ikinci yeri tutub.
Hazırda bu ölkə 70 min avtomobillə Yaponiyadan geri qalır.
Məlumata görə, Rusiya Çin üçün satış bazarına çevrilib. Belə ki, beş ay ərzində Rusiyaya 300 mindən çox avtomobil gətirilib.
İqbal Rzayev,
KONKRET.az