Bu ölkə ildə iki milyon dron istehsal edəcəkbackend

Bu ölkə ildə iki milyon dron istehsal edəcək

Ukrayna ildə iki milyon pilotsuz təyyarə istehsal edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Mixail Fedorov “The Guardian”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna Qərbin əlavə maliyyə dəstəyi ilə pilotsuz təyyarələrin istehsal sürətini indiki tempdən iki dəfə artırmaq imkanı əldə edəcək. O aydınlaşdırıb ki, hazırda Kiyev vəsait çatışmazlığı səbəbindən daha kiçik məbləğə müqavilələr bağlayır.

Fedorov həmçinin bildirib ki, hazırda Ukraynada 200-dən çox şirkət pilotsuz təyyarələr istehsal edir. Nazir əlavə edib ki, dronların 90 faizindən çoxu yerli istehsaldır, onlar üçün komponentlər isə həmişə xaricdən tədarük ediləcək.

Qeyd edək ki, Ukrayna mərmi çatışmazlığını pilotsuz təyyarələrin kütləvi istehsalı hesabına ödəməyə ümid edir. Bu barədə “Frans Press” agentliyi dronların artilleriya ilə müqayisədə əhəmiyyətli çatışmazlıqlarını qeyd edərək bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*