Bu ölkə İsrailə məxsus gəmilərin limanlarına daxil olmasını qadağan edirbackend

Bu ölkə İsrailə məxsus gəmilərin limanlarına daxil olmasını qadağan edir

Malayziya hökuməti İsrailə məxsus və İsrail bayrağı altında olan bütün gəmilərin ölkə limanlarına daxil olmasını qadağan edir.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, Baş nazir Ənvər İbrahimin ofisindən verilən açıqlamada qadağanın dərhal qüvvəyə minəcəyi və İsrailin HƏMAS ilə münaqişədəki davranışına cavab olduğu bildirilib.

“Bu sanksiya İsrailin Fələstin xalqına qarşı davamlı vəhşilik yolu ilə beynəlxalq hüququ pozan hərəkətlərinə cavabdır”, – deyə o əlavə edib.

Əksəriyyəti müsəlman olan Malayziyanın Fələstinin hüquq və maraqlarını müdafiə etməsi uzun tarixə malikdir. Ölkə, qonşu İndoneziya, Bruney, Banqladeş, Maldiv adaları və Pakistan kimi İsraili tanımır.

Malayziya pasportlarında da “İsrail istisna olmaqla, bütün ölkələr üçün keçərlidir” yazısı var. İsrail pasportu sahiblərinin əvvəlcədən icazə almadan Malayziyaya daxil olması qadağandır.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*