Bu ölkə Rusiya ilə müharibəyə hazırlaşırbackend

Bu ölkə Rusiya ilə müharibəyə hazırlaşır

Böyük Britaniya yeni silah zavodları tikir, Rusiya ilə mümkün müharibəyə hazırlaşır.

KONKRET.az globalinfo.az-a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib.

Onun sözlərinə görə, ölkə öz hərbi-sənaye kompleksini inkişaf etdirir və gələcək qarşıdurmaya hazırdır:

“Bu, həmçinin Moskvaya mesajdır. Hökumət altı yeni silah zavodunun tikintisi üçün 1,5 milyard funt-sterlinq ayıracaq”.

Hili əlavə edib ki, yaxın vaxtlarda dərc olunacaq Britaniyanın müdafiə strategiyası sənədi ölkə üçün “yeni təhdidlər dövrünü” təsvir edəcək.

Qeyd edək ki, bundan əvvəl Almaniyanın Rusiya ilə müharibəyə hazırlaşdığı bəlli olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*