Bu ölkə tualet kağızı satışını məhdudlaşdırdıbackend

Bu ölkə tualet kağızı satışını məhdudlaşdırdı

Avstraliyanın Woolworthsticarət şəbəkəsi tualet paketlərinin satışına məhdudiyyət tətbiq edib. Mağazada vətəndaş bir dəfəyə yalnız iki paket ala bilər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Ayrıca, ticarət şəbəkəsi antiseptiklərin, un, şəkər, makaron, yumurta və düyü satışının tezliklə məhdudlaşdırılacağına da söz verib.

“Kifayət qədər ehtiyatlarımız olsa da, önləyici tədbirlər görürük”. Şirkətin rəhbəri Kler Piters belə deyib.

Avstraliyanın başqa bir pərakəndə şəbəkəsi Koles tualet kağızı satmaqda daha sərt bir yanaşma tətbiq edib: adambaşına bir paketdən artıq verilmir.

İcraçı direktor Stiven Kanenin sözlərinə görə, şirkət “əsas ehtiyaclara olan tələbatın öhdəsindən gəlmək üçün supermarketlərdə alış-verişə müvəqqəti bir məhdudiyyət tətbiq edir”.

Avstraliya artıq tualet kağızı üçün artan tələbat problemini yaşayıb. Mart ayında, qitədə koronavirusun yayılması fonunda çatışmazlıq var idi. Bu baxımdan yerli qəzet oxucularına problemlə məşğul olmaq üçün əlavə səhifələr çap edib.

Babək Göyüş                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*