Bu ölkə Ukraynanı TƏRK ETMƏDİbackend

Bu ölkə Ukraynanı TƏRK ETMƏDİ

Norveç Ukraynanı tərk etməyəcək.

KONKRET.az xəbər verir ki, Norveç Ukraynaya yardımı davam etdirəcək və 2025-2026-cı illərdə 8,45 milyard dollar ayıracaq.

Bunu bu gün Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransı zamanı baş nazir Yonas Qahr Stör deyib.

“Norveçin Ukraynaya yüksək səviyyədə dəstəyi 2025-2026-cı illərdə də davam edəcək. Bura 8,45 milyard dollar da daxildir. Bu məbləğ Nansen proqramı çərçivəsində parlament tərəfindən ayrılması üçün təklif ediləcək. Ümid edirəm ki, biz bu dəstəyi qoruyub saxlaya biləcəyik”, – Qahr Stör deyib.

Norveçin baş naziri həmçinin qeyd edib ki, Ukrayna üçün təhlükəsizliyin ən effektiv təminatı onun müdafiə qabiliyyətini bütün ölçülərdə gücləndirməkdir.

“Biz birgə maliyyələşdirdiyimiz iki Patriot sisteminin çatdırılmasını asanlaşdıracağıq. Özünüzü müdafiə etməyinizə yardım göstərmək üçün əlimizdən gələni edəcəyik. Norveç Ukrayna üçün qazın tədarükü və saxlanmasını birgə maliyyələşdirəcək”, – baş nazir vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*