Kolumbiyanın paytaxtı Boqotada 6,3 bal gücündə zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Alman Yer Elmləri Tədqiqat Mərkəzi (GFZ) isə zəlzələnin 6,5 bal gücündə olduğunu, episentrinin 10 km (6,21 mil) dərinlikdə yerləşdiyini bildirib.
Daha bir məlumata görə isə, ölkənin müxtəlif yerlərində zəlzələnin gücü 7.3 bala çatıb.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.