Bu ölkədə deputatların maaşlarından cərimələr tutulacaq – İLGİNC SƏBƏBbackend

Bu ölkədə deputatların maaşlarından cərimələr tutulacaq - İLGİNC SƏBƏB

Yeni Zelandiyada, parlamentdə bu həftə baş verən qeyri-adi hadisə ictimaiyyətin və siyasi dairələrin diqqət mərkəzinə düşüb. Parlament iclasında bir qrup deputatın Yeni Zelandiyaya məxsus məşhur “Haka” rəqsini ifa etməsi ciddi rezonans doğurub. Bu, sadəcə bir jest kimi qiymətləndirilsə də, hadisənin ardınca görünməmiş intizam tədbirləri həyata keçirilib.

KONKRET.az xəbər verir ki, hadisə ötən çərşənbə günü keçirilən iclas zamanı baş verib.

Qeyri-rəsmi məlumatlara görə, həmin deputatlar bu jesti idman ruhunu və milli birliyi simvolizə etmək üçün sərgiləmək istəyiblər. Lakin parlament rəhbərliyi və Etika Komissiyası bu davranışı “dövlət institutlarına hörmətsizlik” və “parlamentin nüfuzuna xələl gətirən hərəkət” kimi qiymətləndirib.

Milli Məclisin Etika Komissiyasının bu gün yaydığı bəyanata əsasən, Haka rəqsində iştirak edən 4 deputata rəsmi xəbərdarlıq olunub, ikisinə isə 1 aylıq iclaslarda iştirak qadağası qoyulub. Həmçinin, həmin deputatların maaşlarından cərimələr tutulacaq.

 

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*