Monqolustan təhsil müəssisələrində ilk dəfə ingilis dili tədris olunacaq.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, məktəblərdə ingilis dili üçüncü sinifdən tədris olunacaq.
Monqolustanın Baş naziri bununla bağlı ABŞ rəsmiləri ilə yeni saziş imzalayıb.
Avqustun 8-də ABŞ-ın Ulan-Batordakı səfirliyi sosial şəbəkədəki səhifəsində yazıb ki, Monqolustanın müxtəlif yerlərindən olan 40 ingilis dili müəllimi prosesə cəlb olunub.
İqbal Rzayev,
KONKRET.az