Eritreyada pandemiya elan olunandan etibarən koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, koronavirusdan ölən şəxsin 50 yaşında bir kişi olduğu, yerli xəstəxanada müalicə aldığı qeyd olunub.
Son məlumatlara görə, Eritreyada ümumilikdə 877 koronavirusa yoluxma faktı qeydə alınıb, 599 nəfər isə xəstəlikdən sağalıb.