Bu ölkədə maska ​​taxmayanları əsil tabuta qoyurlar – FOTObackend

Bu ölkədə maska ​​taxmayanları əsil tabuta qoyurlar - FOTO

İndoneziyada maska taxmayanlar avtomobildə gəzdirilir, sonra isə əsil tabuta qoyulur.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “The Jakarta Post” nəşri yazır.

İndoneziyanın bəzi əyalətlərində səlahiyyətlilər və könüllülər sakinlərin qeyri-adi yollarla maska ​​taxmaq istəməyənlərə qarşı mübarizə aparmağa başlayıblar.

Beləliklə, Şərqi Cava əyalətinin Probolingo şəhərində 50 yerli bazar tacirini avtomobillərdə gəzintiyə çıxarıblar.

Tacirlər yoxlama zamanı maskasız olub. Onlara fərdi qoruyucu vasitələr verilib və avtomobillərə yüklənib. Avtomobildə “COVID-19 tərəfindən öldürülənlərin cəsədlərinin daşınması üçün” boş bir tabut olub. Bu, maska taxmayanlara dərs verməkdir. Bəzilərinə bazarın və kanalizasiyanın təmizlənməsi üçün üç aylıq həbs cəzası verilib.

İndoneziyanın paytaxtı Cakartada qaydanı pozanlar saxta tabutlara qoyulublar.

Şərqi Cakarta Asayiş Agentliyinin rəhbəri Budhi Novianın sözlərinə görə, COVID-19 ilə bu insanların əsl tabuta qoyulma riski var.

“Hər kəsin maska ​​taxmağın vacib olduğunu başa düşməsini istəyirik, çünki əsas qaydaları pozsalar, ən pis ssenaridə yoluxa və ölə bilərlər” deyib.

Nəşrin yazdığına görə, indi səlahiyyətlilərin tabutlarla cəzadan istifadə etmələri qadağan edilib.

Budhi Novian deyib ki, valinin 79/2020 saylı fərmanına görə, ictimai yerlərdə maska ​​taxmayaraq tutulan sakinlərə tətbiq olunan sanksiyalar cərimələr və ictimai işdir.

Saxta tabutla cəza təklif edən zabitlərə irad tutduğunu da əlavə edib.

Budhi vurğulayıb ki, cərimələr və ictimai xidmət cəzaları sakinləri qaydalara riayət etməyə məcbur etmək üçün yetərli olacaq.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*