İstanbulda insanların bir yerə toplaşaraq mitinq keçirməsi qadağan edilib.
KONKRET.az xəbər verir ki, bu barədə İstanbul valiliyi açıqlama yayıb.
Belə ki, Beşiktaş, Beyoğlu, Eyüpsultan, Kağıthane, Sarıyer və Şişli rayonlarında hər cür mitinq, mətbuat açıqlaması, yürüş və oxşar tədbirləri 10 sentyabra qədər qadağan edib.
Qadağaların səbəbi kimi müxalif Cumhuriyyət Xalq Partiyasının (CHP) mitinq çağırışları göstərilir. İstanbul Valisi Davut Gül açıqlamasında bu cür çağırışların ictimai asayişə zərər verdiyini vurğulayıb.