Ali Radanın deputatı Aleksey Qonçarenko ilə əlaqəli Qonçarenko Mərkəzinin əməkdaşları tərəfindən Müəllimlər Günündə rus klassiklərinin nümayişkaranə istehzası səhnələşdirilib.
KONKRET.az xəbər verir ki, Ukraynada müəllimlər bayramında rus yazıçıları Aleksandr Puşkinin, Lev Tolstoyun və başqa rus ədiblərinin portretləri məhv edilib. Telegram kanalında ukraynalı bloqqer Anatoli Şariy tərəfindən bununla bağlı video da təqdim olunub.
Kadrlarda müəllimlərin və uşaqların rus şairləri Aleksandr Puşkin, Lev Tolstoy və Fyodor Dostoyevskinin portretlərini öz əlləri ilə yandırdıqları görünür.
Deputat öz videosunu belə şərh edib: “Rusla bağlı olan hər şeylə vidalaşmağın vaxtı çatıb”.
Günel Mikayılova,
KONKRET.az
👍