Bu ölkədə qadın eyni vaxtda 6 uşaq dünyaya gətirdibackend

Bu ölkədə qadın eyni vaxtda 6 uşaq dünyaya gətirdi

Fransanın Strasburq şəhərində qeysəriyyə üsulu ilə 6 uşaq doğulub.

KONKRET.az xəbər verir ki, hamiləliyin 24-cü həftəsində doğulanlardan beşi qız, biri oğlandır.

Vaxtından əvvəl doğulmuş körpələr hazırda reanimasiyadadır. Həkimlərin dediyinə görə, bir neçə ay xəstəxanada qalacaqlar.

“6 körpənin doğuluşu çox nadir haldır. 4,7 milyard doğuşdan biri belə ola bilər”. Jerusalem Post qeyd edir.

Fransada 6 körpə 14 yanvar 1989-cu ildə anadan olub.

Daha əvvəl Polşanın Krakov şəhərində hamiləliyin 29-cu həftəsində iki oğlan və dörd qızın dünyaya gəldiyini yazılmışdı. Həkimlər əməliyyatı qeysəriyyə yolu ilə həyata keçiriblər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*