Bu ölkədə qəzetlərin nəşri DAYANDIRILIRbackend

Bu ölkədə qəzetlərin nəşri DAYANDIRILIR

Estoniyada yanvarın 16-dan etibarən iqtisadi çətinliklərlə əlaqədar eston dilli qəzetlər kağız variantda nəşr olunmayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “ERR” portalı məlumat yayıb.

Qeyd edək ki, keçən ilin sonunda “Postimees” və “Ohtuleht” qəzetləri kağız nömrəsindən imtina etdiklərini elan edib. Biznes qəzeti “Aripayev” isə keçən ilin payızında tamamilə rəqəmsal formata keçib.

Xatırladaq ki, ötən ilin sonunda “Omniva” poçt şirkəti dövri nəşrlərin evə çatdırılmasında qiymətlərin kəskin artdığını bildirib. Bundan sonra nəşrlər kağız üzərində buraxılışların sayını azaltmağa məcbur olublar.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*