Bu ölkədə təhlükəli infeksiya müalicəsindən yayınanlar həbs ediləcəkbackend

Bu ölkədə təhlükəli infeksiya müalicəsindən yayınanlar həbs ediləcək

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkmənistanın Cinayət Məcəlləsinə təhlükəli yoluxucu xəstəlikdən müalicədən zərərli şəkildə yayınma maddəsi əlavə edilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türkmənistan Cinayət Məcəlləsinin 119-cu QİÇS-ə qəsdən yoluxma maddəsinə 1191-ci “təhlükəli yoluxucu xəstəlik kimi tanınan pandemiya infeksiyasının müalicəsindən bilərəkdən yayınma” maddəsi əlavə edilib.

Yeni qanuna görə, zərərli yayınma, müalicədən qaçma, başqalarında bu xəstəliyə yoluxma təhlükəsinin yaranması 2 ilə qədər həbs cəzası ilə təhdid edilir.

Təkrar pozuntu 5 ilədək həbs cəzası ilə cəzalandırılır.

Qanunu pozanlara kömək edən şəxslər də 3 ilə qədər həbs cəzası alacaqlar və müəyyən vəzifələrdən kənarlaşdırılacaqlar.

Qanun 7 sentyabr 2020-ci ildə qüvvəyə minir.

       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*