Bu ölkədə Telegram qadağan edildi – SƏBƏBbackend

Bu ölkədə Telegram qadağan edildi - SƏBƏB

İspaniyanın Ali Məhkəməsi Telegram mesajlaşma proqramının ölkədə fəaliyyətinin dayandırılmasına qərar verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məhkəmədəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İspaniyada Telegram-dan istifadə martın 25-dən müvəqqəti olaraq dayandırılacaq.

Hakim Santiago Pedraz messencerin ölkədəki xidmətlərinin bloklanmasına razılıq verib. Məhkəmə mənbəsinin sözlərinə görə, Telegram xidmətlərinin bloklanması mobil operatorların üzərinə düşəcək. İstintaqın nə qədər davam edəcəyi açıqlanmır. Məsələ ilə bağlı Telegram rəhbərliyinin reaksiyası məlum deyil.

Qeyd edək ki, Telegram İspaniyada dördüncü ən çox istifadə edilən mesajlaşma xidmətidir.

Bloklanmaya səbəb yerli media şirkətlərinin Mediaset, Atresmedia və Movistar Plus-ın tətbiqinin istifadəçilərə müəllif hüquqları icazəsi olmadan audiovizual məzmun yükləməyə imkan verməsi ilə bağlı şikayətləridir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*