Bu ölkədə temperatur -55 dərəcə Selsiyə endibackend

Bu ölkədə temperatur -55 dərəcə Selsiyə endi

Kanadanın mərkəzi və Qərb əyalətlərində ekstremal şaxta hökm sürür.

KONKRET.az-ın xəbərinə görə, bu barədə ölkənin Milli Meteorologiya Bürosu məlumat yayıb.

Büro həmçinin kəskin şaxtalar barədə də xəbərdarlıq edib. Albert, Britaniya Kolumbiyası, Ontario və Saskaçevan əyalətlərində temperaturun -35-lə -55 dərəcə arasında dəyişəcəyi bildirilir. Hazırda gənclər arasında xokkey çempionatının keçirildiyi Edmontonda temperatur -45 dərəcəyə enib.

Sinoptiklər ekstremal soyuq havanın donmaya səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*