Bu ölkədə yeni hava limanına “Çingiz xan”ın adı verildi – FOTOLARbackend

Bu ölkədə yeni hava limanına "Çingiz xan"ın adı verildi - FOTOLAR

Monqolustan Nazirlər Kabinetinin 18 dekabr 2019-cu il tarixli qərarına əsasən, Buyant-Uhaa şəhərindəki “Çingiz xan” beynəlxalq hava limanı “Buyant-Uhaa” adlandırılıb.  Hoşigt vadisindəki yeni beynəlxalq hava limanına isə 1 iyul tarixindən etibarən “Çingiz xan” adı verilib.

KONKRET.az xəbər verir ki, Ulan Batorun yeni “Çingiz xan” beynəlxalq hava limanı paytaxtdan 52 km uzaqlıqda inşa edilib.

Hava limanı ildə üç milyona qədər sərnişini qəbul edə biləcək və gələcəkdə onun  ildə 12 milyon sərnişinə qədər ötürmə qabiliyyətini artırmaq imkanı və quru sahəsi var.

Müqayisə üçün, Monqolustanın ən böyük hava limanı olan indiki “Buyant-Uhaa” Ulan Bator Hava limanı ildə 0.9 milyon sərnişinə xidmət göstərir.

Yeni hava limanının layihəsində 2 uçuş-enmə zolağı, avtomobil nəqliyyatı və dəmir yolu terminalı nəzərdə tutulur, yaxınlıqda 100 min nəfər əhalisi olan şəhərin (artıq “Aero City” qeyri-rəsmi adını almışdır) inşası planlaşdırılır. Yeni hava limanının təxmini gücü saatda 1100 sərnişindir.

Hazırda “Buyant-Uhaa” beynəlxalq hava limanında monqol aviaşirkətləri çarter reysləri, “Hunnu Air” və “AeroMongolia” isə müntəzəm daxili uçuşlar həyata keçirir.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*