Bu ölkədə YouTube, Facebook və X bloklandıbackend

Bu ölkədə YouTube, Facebook və X bloklandı

Nepalda YouTube, Facebook və X bloklanıb.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, Nepal hökuməti YouTube, Facebook və X (əvvəlki adı Twitter) platformalarına girişə müvəqqəti məhdudiyyət qoyub. Bu, şirkətlərin ölkədə tələb olunan qeydiyyatdan keçməməsi ilə əlaqədardır.

Məlumatı “The Kathmandu Post” qəzeti Nepal Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadla yayıb.

Qeyd edək ki, Nepal əvvəllər də oxşar məhdudiyyətlər tətbiq edib: 2023-cü ildə TikTok, 2025-ci ilin iyul ayında isə Telegram bloklanmış, lakin şirkətlər tələb olunan qaydalara əməl etdikdən sonra giriş bərpa olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*