Bəzi ölkərdə evlənmək üçün kişilər əvəzinə qadınlar fədakarlıq edir. Onlar əks cinsin nümayəndələrini özləri tapıb, evlilik təklif etməlidir. Üstəlik kişilərə pul və təzminat da verilir.
KONKRET.az xəbər verir ki, 5 qadına 1 kişinin düşdüyü Avtraliyanın böyük şəhərlərində qadınlar ölkələrinə əcnəbi kişilərin gəlməsini istəyir. Bəzən əyalətlərə gedərkən ailə həyatı qurmaq istəyən qadınlar evlənmək üçün kişi tapmaqda çətinlik çəkir. Tarixdə ən az kişi əhalisi olan Avstraliyada, tanış olmaq üçün xaricdən gələn kişilərə tətil verilir.
İtalyada doğum səviyyəsi aşağı olduğu üçün evlilik sayları da olduqca azdır. Dövlətin səyinə baxmayaraq, kişilər İtaliyada daimi nikaha qarşıdır. Ümumiyyətlə, normal görünən bu durum, bəzi bölgələrdə sərt reaksiya ilə qarşılandığı üçün evlənən kişilərə müxtəlif məbləğdə pul da verilir.
Əhalinin çox hissəsinin qadın olduğu Rusiyada kişilərin davamlı içki qəbul etməsi cinsəllik səviyəsini azaldır. Bu səbəbdən kişi tapa bilməyən əksər qadınlar digər ölkələrə üz tutur. Bu arada Türkiyədə rus qadınlarla evlənmək istəyən kişilərin sayı durmadan artır.
Taylandda vəziyyət çox fərqlidir. Trans kişilərin sayı çox olduğundan bəzi qadınlar evlənməkdə çətinlik çəkir. Arzuladığı kişini tapa bilməyən qadınlar çarəni digər ölkələrdə axtarır.
Qadın sayının çox olduğu Monqolustanda zəif qadınlar cəmiyyət tərəfindən bəyənilmir və evlənməkdə çətinlik çəkirlər. Bu səbəbdən dövlət, zəif qadınlarla evlənəcək kişiləri dəstəkləyir və bəzən onlara hətta başlıq pulu da verir.
Dünyanın ən zəngin ölkərindən olan Sinqapurda qadınlar evlənmək istəmir. Burada hökümət gələcəkdə baş verə biləcək əhali çatışmazlığının qarşısını almaq üçün 3 uşaqlı ailələlərə müxtəlif şəkildə yardım və maddi dəstəklər ayırır.
Gözəl qadınları ilə məşhur olan İslandiyada kişilərin sayı yetərli deyil. Ölkə rəhbərliyi bu problemi həll etmək üçün miqrantlara islandiyalı qadınlarla evlənmələri üçün 5 min dollar vəsait ayırıb. Lakin bu qərardan sonra ölkəyə çoxsaylı kişi miqrantlar axışdığı üçün hökümət xəbəri təkzib etməli olub.
Hazırladı: Günel MUSEYİB