Bu ölkənin nəqliyyat naziri intihara cəhd etdibackend

Bu ölkənin nəqliyyat naziri intihara cəhd etdi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Tacikistanın nəqliyyat naziri 62 yaşlı Xudoyor Xudoyorzoda ailə münaqişəsi zəminində intihara cəhd edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı ölkənin Baş Prokurorluğu yayıb.

Mənbə bildirir ki,  hadisə avqustun 11-də səhər saat 5 radələrində Düşənbədə nazirin evində baş verib.

Xudoyorzoda məişət bıçağı ilə intihara cəhd edib.

Ailə üzvləri ilkin tibbi yardım göstəriblər.

Hazırda X. Xudoyorzoda xəstəxanaya yerləşdirilib və əməliyyatdan sonra qənaətbəxş vəziyyətdə həkimlərin nəzarəti altındadır.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

                                                               

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*