Bu ölkənin prezidentləri Moskvadakı paradda iştirak edəcək – SİYAHIbackend

Bu ölkənin prezidentləri Moskvadakı paradda iştirak edəcək – SİYAHI

7 ölkənin liderləri Moskvadakı Qələbə Paradını ziyarət edəcəklər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskova istinadən yayıb.

Ramblerin bildirdiyinə görə Böyük Vətən Müharibəsində qələbənin ildönümü münasibətilə parad iyunun 24-də Rusiya şəhərlərində keçiriləcək.

Bu gün Peskov Moskvada keçiriləcək paradda Serbiya, Qırğızıstan, Moldova, Qazaxıstan, Belarus, Özbəkistan və Tacikistan liderlərinin, Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Milorad Dodikin iştirak edəcəyini söyləyib.

Paradda Avrasiya İqtisadi Komissiyasının rəhbəri Mixail Myasnikoviç, Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin sədri Sergey Lebedev və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas da iştirak edəcəklər.

“Əlbəttə ki, bir sıra dövlət və hökumət başçılarının qeyd etmələrdə iştirak etmək istədikləri barədə xəbərlərinə rəğbətlə yanaşırıq, lakin bu və ya digər səbəbdən edə bilməyəcəklər”, – Kreml rəsmisi əlavə edib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*