Bu ölkənin universitetlərində bakalavr 3 illik ola bilərbackend

Bu ölkənin universitetlərində bakalavr 3 illik ola bilər

Gürcüstan universitetlərində bakalavr 3 illik ola bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən “Business Press News”a məlumat verilib.

Məlumata görə, bununla bağlı işlər davam etdirilir.

Nazirlik bu mərhələdə əlavə təfərrüatlar barədə danışmayıb. Lakin məlum olduğu kimi, təşəbbüslə bağlı artıq həm özəl, həm də dövlət universitetlərinin rektorları ilə müzakirələr aparılıb.

Onu da qeyd edək ki, bəzi özəl universitetlərdə artıq bəzi sahələr üzrə 4 illik bakalavr deyil, 3 illik bakalavr proqramı var.

Məlumat üçün bildirək ki, bu il yanvarın 23-də Qafqaz Universitetində təhsil nazirinin iştirakı ilə Rektorlar Şurasının görüşü keçirilib. Məhz bu görüşdə tərəflər təhsil müddətinin 4 ildən 3 ilə endirilməsini müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*