“Bu oyunu yaxşı oynaya bilmədik” – Artur Xaçikyanbackend

“Bu oyunu yaxşı oynaya bilmədik" - Artur Xaçikyan

“Qarabağ hadisələri Ermənistan-Rusiya münasibətlərinə ciddi zərbə vurub. Mən bu barədə rusiyalı həmkarlarıma dedim ki, biz bunu unuda bilmərik”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Artur Xaçikyan bildirib.

Onun sözlərinə görə, Rusiya regionda öz təsirini saxlamağa çalışır və bir neçə min erməninin Qarabağa qayıtmasına nail olmaq istəyir ki, orada qalmasına haqq qazandırsın.

Ekspert İrəvanın Moskva və Azərbaycanı dəstəkləyən Minskə təsirsizliyini Ermənistanın diplomatik məğlubiyyəti adlandırıb.

“Bu oyunu yaxşı oynaya bilmədik. Rusiya və Belarusun həm Türkiyə, həm də Azərbaycanla sıx əlaqələri var. Onların maraqları üst-üstə düşür. Biz bunun üzərində işləməliydik”, – deyə Xaçikyan qeyd edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*