“Bu, Paşinyanın həddini aşması deməkdir” – Tatoyanbackend

"Bu, Paşinyanın həddini aşması deməkdir" - Tatoyan

Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan Baş nazir Nikol Paşinyanı Erməni Apostol Kilsəsinə qarşı məqsədyönlü kampaniya aparmaqda ittiham edib.

KONKRET.az xəbər verir ki, Tatoyan bu barədə sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, Paşinyanın kilsənin rəhbəri, bütün ermənilərin katolikosu II Qareginə qarşı açıqlamaları və Müqəddəs Eçmiədzin meydanında “mənəvi görüş” çağırışı hökumət başçısının səlahiyyətlərini aşır və pozuntu əlamətləri daşıyır.

Tatoyan qeyd edib ki, Ermənistan hakimiyyətinin addımları kilsəni gözdən salmaq məqsədi daşıyır və bu, rəsmi mövqelər və ictimai resurslardan istifadə etməklə həyata keçirilir. O, vurğulayıb ki, bu cür siyasət cəmiyyətin içində və diasporla münasibətlərdə parçalanmaya səbəb olur, dövlətçiliyin təməlini sarsıdır, ölkənin beynəlxalq imicinə zərbə vurur.

Keçmiş ombudsman həmçinin bildirib ki, Ermənistan hakimiyyətinin bu yanaşması Azərbaycana xidmət edir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*